Cənubi Amerika ölkəsi Argentinanın Atlantik okeanı sahillərinə təsir edən şiddətli fırtınadan sonra ən azı 13 nəfər həyatını itirərkən, Aeroparque hava limanında təyyarələr küləklə uçurub. Cənubi Amerika ölkəsi Argentinanı təsir edən fırtına ilə əlaqədar ölkədə həyəcan təbili çalılıb.
Ölkənin Atlantik sahillərinə təsir edən şiddətli fırtına nəticəsində liman şəhəri Baha Blankada 13 nəfər ölüb.Küləyin sürəti saatda 150 km-ə çatması səbəbindən paytaxt Buenos Ayresin şimal-qərbində yerləşən Aeroparque Jorge Newbery hava limanında park edilmiş təyyarələr uçub, ərazidəki binaların damları uçub.
Ölkənin meteorologiya xidmətinin verdiyi açıqlamada fırtına ilə əlaqədar paytaxtda ikinci ən yüksək səviyyə olan narıncı həyəcan siqnalının verildiyi, bütün şəhərdə elektrik enerjisinin kəsildiyi bildirilib.
Prezident Xavyer Milei açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və ictimaiyyəti evdə qalmaları barədə xəbərdarlıq edib.
Mənbə: TGRT
Aynur Camal