ABŞ-ın Kaliforniya ştatında atmosfer çayı fırtınası nəticəsində ağacın aşması nəticəsində 3 nəfər həyatını itirib.
“Atmosfer çayı” adlanan hava dalğası ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatında şiddətli tufanlara və yağışlara səbəb olub.
Ştatın müxtəlif yerlərində daşqınlar və torpaq sürüşmələri baş verib. Səlahiyyətlilər ağacın aşması nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. Sakramento əyalətinin sözçüsü Carmichaeldə bir adamın ağacın üstünə aşması nəticəsində həlak olduğunu bildirib.
Santa Cruz Şerif Ofisi, Boulder Creekdə bir ağacın bir evin üzərinə düşməsi nəticəsində içəridəki bir nəfərin öldüyünü bildirib. Üçüncü ölüm Yuba şəhərində qeydə alınıb. Yuba polisi bildirib ki, 82 yaşlı kişi evinin həyətində ağacın aşması nəticəsində ölüb.
Los-Ancelesin dəbdəbəli Bel Air və Beverli Hills rayonlarında küçələr palçığa bürünmüşdü və qruplar qapalı vəziyyətdə qalan sürücülərin köməyinə qaçıb. Los-Anceles Yanğınsöndürmə İdarəsi iti ilə çayda qalan şəxsi xilas edərkən həmin anlar həvəskar kameraya düşüb.
Digər tərəfdən, Kaliforniya qubernatoru Gavin Newsom gözlənilən fırtına səbəbiylə dünən Los Anceles, Orange, Riverside, San Bernardino, San Dieqo, San Luis Obispo, Santa Barbara və Ventura üçün fövqəladə vəziyyət elan edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal