Fələstin əsilli amerikalı supermodel Gigi Hadid İsraillə davam edən münaqişədə Fələstin xalqını dəstəklədiyini açıqlayıb.
Daha əvvəl bacısı Bella Hadidlə birlikdə Fələstin xalqını dəstəkləyən açıqlamalar verən supermodel sosial media hesabında paylaşım edərək Qəzzada davam edən dağıntıları “haqsız faciə” kimi qiymətləndirib. 28 yaşlı Hadid “Fələstin mübarizəsinə dərin rəğbət bəslədiyini” ifadə edərək, fələstinlilərə olan ümid və arzularının yəhudilərə zərər verməyi ehtiva etmədiyini söyləyib.
“Günahsız İsrail vətəndaşlarını terror etmək “Azad Fələstin” hərəkatı ilə bir araya sığmır və heç bir faydası yoxdur” deyən Gigi Hadid, istər fələstinli, istərsə də israilli heç bir günahsız mülki şəxsin qurban olmağa layiq olmadığını bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal