Gündüz Əliyev vəzifəsindən azad edildibackend

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifədən azad edilib.

Bununla bağlı Sumqayıt İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.

Əmrə əsasən, icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad olunub.

İcra başçısının digər əmri ilə Fərid Ələkbərov Sumqayıt İH başçısının müavini təyin edilib.

APA