Güney Azərbaycan Milli Dövlətçilik Şurası yaradıldıbackend

Güney Azərbaycanın bir qrup ictimai-siyasi xadimi 1945-1946-cı illərdə İranda yaşayan azərbaycanlılar tərəfindən elan edilmiş Azərbaycan milli hökumətinin bərpasına yönəlmiş yeni bir təşkilatın yaradıldığını elan ediblər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Turan agentliyi məlumat yayıb.

Təşəbbüs qrupunun bəyanatına görə, aprelin 30-da yeni yaradılan Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis qurultayı onlayn keçiriləcək.

Koordinatoru Çingiz Göytürk olan qrupa Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım, “Günaz” peyk telekanalının qurucusu Əhməd Obalı, Güney Azərbaycan Demokratik Türk Partiyasının sədri Əjdər Tağızadə və İdarə Heyətinin üzvü Sadıq İsabəyli daxildir.

Təşkilatın baş qərargahı Finlandiyada yerləşəcək.

Təşkilatın məqsədi müstəqil Güney Azərbaycan dövləti yaratmaqdır.