Güneyli milli fəallara qarşı basqılar davam edirbackend

Həbsdə olan güneyli milli fəallara qarşı basqılar davam edir.

Məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Həmid Yeganəpur və Əli Babayi yenidən İran hökumətinin qurbanına çevrilib.

Belə ki, Hamed Yeganəpurun səhhətində yaranan problemlərə baxmayaraq, onun tibbi müayinədən keçməsinə hələ də icazə verilməyib.

Əli Babayi isə ailə üzvlərinin səslərini belə eşitməkdən məhrum edilib.

Milli fəalın artıq 40 gündür ən təməl insan haqları belə pozulur.

Mənbə: Azad İran

Aynur Camal