Gürcüstanda silahlı hücum: Ölən və yaralananlar varbackend

Gürcüstanın paytaxtı Tbilisidən 20 kilometr aralıda yerləşən Rustavi şəhərində “İstanbul” adlı bazarda hücum edən şəxs terror törədib.

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 36 yaşlı təcavüzkar bazarda atəş açıb, nəticədə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Əraziyə polis və tibb qrupları göndərilib. Hücum edən şəxs polis tərəfindən aptekdə yaxalanıb və nəzarətə götürülüb. Ölənlərdən birinin hücumçunun əmisi, yaralananın isə əmisi oğlu olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal