Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili İsrail Dövlətinə rəsmi səfər edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Gürcüstan və İsrail Dövləti arasında azad ticarət sazişinin texniki-iqtisadi əsaslandırmasının tamamlanmasına dair birgə bəyannamə imzalanıb.
Onların məlumatına görə, bəyannaməni gürcü tərəfdən İliya Darçiaşvili , İsrail tərəfdən isə İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat imzalayıblar.
“İmzalanma mərasimindən əvvəl İsrailin iqtisadiyyat və sənaye naziri ilə görüş keçirilib. Görüş çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyində duran cari məsələlər müzakirə edilib, ikitərəfli ticarət, investisiyalar və turizm sahələrini əhatə edən iqtisadi istiqamətdə əməkdaşlığın böyük potensialı vurğulanıb.
İkigünlük səfər çərçivəsində İliya Darçiaşvili israilli həmkarı Eli Koen və İsrail Dövlətinin prezidenti Yitzhak Hersoq ilə görüşəcək.
Knessetin sədri, iqtisadiyyat, turizm və daxili işlər nazirləri ilə də görüşlər nəzərdə tutulub. “Xarici işlər naziri gürcü xalqı adından Yad Vaşem Holokost Memorialına əklil qoyacaq”, – məlumatda deyilir.