Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq – FOTObackend

Tanınmış aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərində şəhid olmuş Elşad Məmmədovun oğlunun kirvəsi olacaq.

“Yeni Gündəm” xəbər verir ki, N. Hüseynov 9 aylıq Məhəmmədlə fotosunu paylaşaraq onun kirvəsi olacağını qeyd edib: “Yenidən mənə doğma olan bir evdəyəm, Tovuz rayonunun Ağdam kəndində… Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı.O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam”.