“Hacı Şahin hər dəfə bir bəhanə ilə müayinədən uzaqlaşıb” – Rəşad Mahmudovbackend

Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heçdə “gəfil və sirli” olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi məlumatları sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şüphələr və fərziyələr gün gündən artacaqdır.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı,tibb elmləri doktoru ,ürək və damar cərrahı Rəşad Mahmudov Hacı Şahin Həsənlinin vəfatı haqqında fikirlərini bölüşərkən deyib.

O bildirib ki,aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrcə ürək şikayətləriylə həkimlərə müraciət etmişdir.

“Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilmişdir. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşmışdır. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (KəskinKoronarSendrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə getmişdir. Təcili yardımda baxılan analizdə #Troponin dəyəri normadan yüksək çıxmışdır. Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdat gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, geniş miqyaslı İnfarktla ölümə səbəb olmuşdur. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, gəlirəm deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş vermişdir. Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti azda olsa bilgiləndirmək və lazımsız şüphələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir suistimal vəs. var isə hadisəyə aydınlıq gətirəcəkdir.

Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm.”-deyə o qeyd edib.

Fərahim Rəhimov