Haitidən gələn görüntülər dünyanı sarsıtdı…backend

Dəstələr həbsxanaya basqın etdilər! Minlərlə məhbus qaçdı

Haitinin paytaxtı Port-Au Prinsdə silahlı dəstələr şəhərin əsas həbsxanasına basqın edərək minlərlə məhbusu azad ediblər.

Dünya Haitidən gələn görüntülərdən danışır…

Dəstələr paytaxt Port-o-Prinsdəki Milli Həbsxanaya basqın ediblər.

Münaqişə zamanı 3600 məhbus həbsxanadan qaçdığı halda, azı 12 nəfər isə həlak olub.

BBC News-a məlumat verən Haitili jurnalist həbsxanada saxlanılan təxminən 4 min adamın çoxunun qaçdığını bildirib. Həbsxanada olanlar arasında 2021-ci ildə Haiti prezidenti Jovenel Moisenin qətlində ittiham olunan dəstə üzvləri də var. Latın Amerikasının ən yoxsul ölkəsi olan Haitidə zorakılıq son illər daha da pisləşib. Baş nazir Ariel Henrini devirməyi hədəfləyən dəstələr paytaxt Port-o-Prinsin 80%-nə nəzarət edirlər. Zorakılığın son artımı ötən cümə axşamı baş nazirin Keniyanın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin Haitidə yerləşdirilməsi məsələsini müzakirə etmək üçün Nayrobiyə getməsi ilə başlayıb.

“BBQ” ləqəbli dəstə lideri Jimmy Cherizier baş naziri devirmək üçün koordinasiyalı hücum elan edib.

Paytaxt və ətraf rayonlarda 72 saatlıq fövqəladə vəziyyət və gecə komendant saatı elan edilib. “BBQ” ləqəbli cinayət təşkilatının liderinin baş naziri devirmək çağırışından sonra ölkədə polis və nümayişçilər tez-tez üz-üzə gəlir.

Paytaxt Port-au-Prinsdəki bəzi qırğınların arxasında olduğu düşünülən polis məmuru Cherezier, “Paytaxt və ətraf bölgələrdəki silahlı qruplar kimi hamımız birik” deyib.

Son atışmalarda dörd Haiti polisi həlak olub, beşi isə yaralanıb. Fransanın Haitidəki səfirliyi insanları paytaxt ərazisinə getməməyə çağırıb.

Haiti Polis Birliyi ordunu həbsxanaya kömək etmək üçün çağırmışdı, lakin həbsxanaya hücum şənbə gecəsi başlayıb. Həbsxanada çalışan könüllü, prezident Moise sui-qəsdinə görə həbs edilən Kolumbiyalı keçmiş əsgərlər də daxil olmaqla 99 məhbusun qarşıdurmada ölmək qorxusundan həbsxanada qalmağı seçdiyini açıqlayıb.

Haitidə zorakılıq prezident Moisenin öldürülməsindən sonra artıb. Moiseni heç kim əvəz etmədi və 2016-cı ildən bəri heç bir seçki keçirilməyib. Siyasi konsensusa görə, fevralın 7-dək seçilməyən baş nazir Henri vəzifəsini tərk edəcək və seçki keçiriləcək. Lakin bunların heç biri baş vermədi.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı yanvar ayında elan etmişdi ki, son bir ildə Haitidə dəstə zorakılığı nəticəsində 8400-dən çox adam həlak olmuşdu.

Mənbə: hurriyyət.tr

Aynur Camal