“Qarabağ uğrunda döyüşlərdə tam məğlubiyyətdən sonra iqtidar partiyasından olan parlamentin üzvləri gizli fəaliyyətə keçiblər. Hazırda onlar nə parlamentdə, nə də seçki qərargahlarındadırlar. Deputatlar partiyanın idarə heyətinin iclaslarını da keçirmirlər”.
“Yeni Gundem” Konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni nəşri “Joqovurd” yazıb.
Qəzet vurğulayır ki, “Qarabağ məsələsində tam uğursuzluğa düçar olan Paşinyan bəzi bəhanələr gətirməyə çalışır. Onun deputatları da ölkənin suverenliyinin qorunmasının vacibliyi ilə bağlı pafoslu qeydlərlə kifayətlənirlər. Nikol və onun komandası təhlükə hiss etdikləri üçün yoxa çıxır və gizlənməyi bacarır.
Hakimiyyət o qədər qorxur ki, dünən Ermənistanın müstəqillik qazandığı gün Yerablura ayaq basmağa belə cəsarət etmədilər. Yalnız yaşlı parlament üzvləri Ovik Ağazaryan və Akop Aslanyan cəsarət göstərib məzarlığa gəldilər. Amma onlar da aksiya iştirakçılarının qəzəbinə tuş gəldilər. Deputatlardan birinə sillə vuraraq onları Yerablurdan qovdular”.
Gündəlik “Joqovurd” qəzetinin yazdığına görə, bir çox hakimiyyət nümayəndələri hətta evdən çıxmağa belə qorxurlar:
“Əslində, həddən artıq gərgin vəziyyət hökm sürür. Bu ərəfədə ictimaiyyətin arasına çıxmaq çox təhlükəlidir. Onlar bunu yaxşı başa düşürlər. Xüsusən də kədər içində olan valideynlər daha qəzəblidirlər”.