Türkiyənin məşhur rok ifaçısı Haluk Leventin Bakıdakı xeyriyyə konsertindən əldə olunan gəlirin miqdarı açıqlanıb.
“Yeni Gundem” “Trend”ə istinadən xəbər verir ki, “Elektra Hall”da reallaşan musiqili gecədə bilet satışından 41 400 AZN gəlir əldə olunub.
Sözügedən məbləğ xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirovanın müalicəsi üçün xərclənəcək.
Qeyd edək ki, gənc xanımın müalicəsi üçün tələb olunan məbləğ 400 000 Türk lirası təşkil edir (təqribi 117 000 AZN).