Hamı küçələrə çıxdıbackend

Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11.22-də baş verib.

Almatıda zəlzələ zamanı xəbərdarlıq siqnalı verilib.

Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib.

Açıqlamada can itkisinin olmadığı və zərərlə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib.

Digər tərəfdən zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.

Mənbə: TGRT

Aynur Camal