Türkiyəli aktrisa Hande Erçel siması olduğu “Atasay” zinət əşyası brendinin yeni kolleksiyası üçün obyektiv qarşısına keçib.
“Yeni Gündəm” xəbər verir ki, aktrisa yeni müqaviləsinə əsasən 1,5 milyon lirə (təxminən 166 min 350 manat) qazanıb.
Qeyd edək ki, bir müddət əvvəl aktrisanın brendin sahibi Atasay Kamərlə eşq yaşadığı iddia edilmişdi.