Hansı əcnəbilər Rusiya vətəndaşlığını ala biləcəklər?backend

Putindən diqqətçəkən qərar:

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə Rusiya üçün döyüşmüş əcnəbilərin Rusiya vətəndaşlığı almasına yol açan fərman imzalayıb.

Kremlin İnformasiya Portalında dərc olunan fərmana əsasən, Ukraynaya qarşı Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlayan xarici ölkə vətəndaşları Rusiya vətəndaşlığını ala biləcəklər.

Əvvəllər Rusiya uğrunda Ukrayna müharibəsində iştirak etmiş, lakin müxtəlif səbəblərə görə vəzifələrini tərk etmiş əcnəbilər də Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəklər. Ancaq Rusiya üçün döyüşənlərin ən azı 1 il orduda xidmət etməsi də şərt idi.

Fərmana əsasən, Rusiya adından döyüşmüş əcnəbi vətəndaşların ailələri də Rusiya vətəndaşlığı üçün müraciət edə biləcək. Rusiya vətəndaşlığı üçün müraciət edəcək xarici ölkə vətəndaşları və onların ailələrindən barmaq izləri və müxtəlif sağlamlıq hesabatları istəniləcək. Etibarlı şərtlərə cavab verənlər təsdiq edildikdən sonra Rusiya vətəndaşlığını ala biləcəklər. Ukraynada müharibə zamanı Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlayan əcnəbi vətəndaşların və onların ailə üzvlərinin Rusiya vətəndaşlığı almasının yolu açılıb. Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal