Hava çirkliliyinə görə minlərlə insan xəstəxanalıq oldubackend

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İranda havanın çirklənməsi səbəbindən xəstəxanalara müraciət edən insanların sayı əvvəlki günlərlə müqayisədə 40% artıb.

İRNA xəbər verir ki, Xuzistan əyalətinin Əhvaz Cundişapur Universitetinin prorektoru Meysəm Muazi deyib: “Havanın çirkləməsi nəticəsində tənəffüs sistemində yaranan simptomlar nəticəsində təqribən 2500 nəfər noyabrın 7-dən 11-dək Xuzistanda universitetin nəzdindəki tibb mərkəzlərinə müraciət edib. Xəstələrin çoxu ambulator müalicə alıb və 10%-i xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, insanlara, xüsusilə də həssas qruplarda olanlara hava çirkliliyinin intensiv olduğu günlərdə mümkün qədər evlərini tərk etməmələri tövsiyə edilib.

Mənbə: Azad İran

Aynur Camal