Hava şarından yıxılan adam öldübackend

Avstraliyanın Melburn şəhərində bir nəfər şar səbətindən yıxılaraq ölüb. Avstraliya mətbuatında yer alan xəbərlərə görə, isti hava şarı CT Barling Reserve Reservoir-dən havaya qalxıb. Adamın düşməsindən təxminən 30 dəqiqə əvvəl şarın havaya qalxdığı öyrənilib.

7NEWS xəbər verir ki, şar yaxınlıqdakı Yarra Bend Parkına təcili eniş edib. Kişinin cəsədi səhər saatlarında Preston şəhərətrafı ərazisində tapılıb.

Milli Kommersiya İsti Hava Balonları Sənayesi və Avstraliya Balon Üzmə Federasiyası hadisədən sonra bəyanat yayıb.

“İsti hava balonu səbətləri təhlükəsizlik nəzərə alınmaqla, xüsusilə sərnişinləri təsadüfi düşmədən və ya hər hansı təsadüfi yüksəlişdən qorumaq üçün nəzərdə tutulub”, – məlumatda deyilir.

Bədbəxt adamın ölümü şübhəli sayılmayıb.

Mənbə: Haber Global

Aynur Camal