İran prezidenti İbrahim Rəisi ölkədə insanlığa qarşı cinayət və soyqırımı törətməkdə iştirakına görə həbs ediləcəyindən və məsuliyyətə cəlb olunacağından qorxaraq Cenevrəyə səfərini təxirə salıb. Lakin İran hökuməti bu barədə hələlik məlumat verməyib.
Məlumata görə, 1980-ci illərdə İranda 5 minədək siyasi müxalifin edamının şahidi olan və siyasi baxışlarına görə 1981-1991-ci illərdə həbsdə olan və işgəncələrə məruz qalan Raziyə Qurbani, Rza Şəmirani və Əli Zülfüqari İran prezidenti İbrahim Rəisiyə qarşı məhkəməyə şikayət verərək, onun həmin siyasi qətllərdə əli olduğu üçün mühakimə edilməsini istəyiblər.
Qeyd olunub ki, İbrahim Rəisi Cenevrədə başlayacaq BMT-nin Dünya Qaçqınlar Forumunda iştirak etmək üçün İsveçrəyə getməli idi, ancaq həbs olunma riski səbəbindən son saatlarda səfərini ləğv edib və onun yerinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın gedəcəyi gözlənilir.
Mənbə: Azad İran
Aynur Camal