Təbrizdə vərəqələr yayılır: “Küçələrə həbsdə olan fəalların adları verilsin”.
Dünən Təbrizdə bir qrup milli fəal Azərbaycan Milli Hərəkatının həbsdə olan fəallarına dəstək olaraq, şəhərin küçə və meydanlarına “Cavad Sudbər küçəsi və meydanı”, “Əli Babayi küçəsi və meydanı”, “Yürüş küçəsi və meydanı” adlarının verilməsi tələbi ilə vərəqlər paylayıblar.
Bu yolla onlar, fəalların həbsdə saxlanılmasına etirazlarını bildiriblər.
Vərəqələrdə aşağıdakı şüarlar yazılıb: “Güney Azərbaycanın məhbuslarına azadlıq!”, “Yaşasın Azadlıq, Ədalət, Milli Hökumət!”
Mənbə: Azad İran
Aynur Camal