Həftə sonu atəşfəşanlıq festivalı keçirildibackend

Taylandda atəşfəşanlıq festivalı rəngli görüntülər yaradıb.

Festivalın ilk günündə ziyarətçilər şounu daha yaxşı izləmək üçün çimərlikdəki yerlərini saatlar öncədən tutublar, dəniz üzərində qurulmuş platformalardan atəşfəşanlıq edilib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Taylandın məşhur əyləncə və bayram şəhəri Pattayada ənənəvi olaraq hər il keçirilən atəşfəşanlıq festivalı bu il də rəngli görüntülərə şahidlik edib.

Hər il müxtəlif ölkələrdən atəşfəşanlıq komandalarının yarışdığı festivalda bu il Çin, Malayziya, Serbiya, Filippin və Sinqapur iştirak edib.

 

 

 

 

 

İki gün davam edən və təxminən 400 min ziyarətçinin qatıldığı festivalda atəşfəşanlıq, dron şouları, çimərlik konsertləri, su idman yarışları və Tayland küçə yeməkləri bazarı yer alıb.

Festivalın ilk günündə Pattaya şəhəri yerli və xarici turistlərlə dolu olarkən, festivalın keçirildiyi Pattaya çimərliyi yolu nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Pattaya polisi festivalla əlaqədar şəhərdə və ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib və tədbirlər zamanı xarici turistlərə kömək etmək üçün müxtəlif ölkələrin dillərində danışan əcnəbi polisləri təyin edib.

Mənbə: Ntv.Tr

Aynur Camal