Həkim üsyan etdi: Sahibsiz heyvanlar şəhidlərimizi yeyirbackend

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl Burş xəstəxana xaricində onlarla cənazə mərasiminə qatıla bilmədiklərini və küçədə qalan şəhidlərin cəsədlərini sahibsiz heyvanların yeməyə başladığını söyləyib.

“Yeni Gundem” xəbər verir ki, İsrailin blokada altındakı Qəzzaya hücumları intensivləşməkdə davam edir. İtkiləri saymaq mümkün olmayan Qəzzada rabitə və internet İsrail tərəfindən kəsilib.

Şifa xəstəxanasındakı mühasirəyə görə xəstəxana xaricində onlarla cənazə mərasiminə qatıla bilmir.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl Burş deyib: “Artıq kömək etmək sizi qane edib-etmədiyini bilmirik, lakin hücumlar səbəbindən çöldən toplaya bilmədiyimiz şəhidlərin cəsədlərini sahibsiz heyvanlar yeməyə başladı”.

Digər tərəfdən Qəzzanın Səhiyyə Müdiri Munir əl-Berş bildirib ki, şənbə səhəri İsrail tanklarından atılan iki raket xəstəxananın reanimasiya otaqlarından birinə düşüb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra daha əvvəl xidmətləri çox məhdud olan Əl-Ehli Baptist Xəstəxanası istisna olmaqla, şəhərdəki bütün xəstəxanaların xidmətdən çıxdığını bildirmişdi.

Mənbə: TGRT NEWS

Aynur Camal