İsrailin hücumları altında Qəzzada çətin bir işi yerinə yetirən Sərhədsiz Həkimlər (MSF) çox çətin bir qərar verməli olub.
Onlar Əl-Əqsa xəstəxanasının əməkdaşlarını və ailələrini təxliyə edəcəklər.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları 93 gündür davam edir.
Xəstəxanaları, qaçqın düşərgələrini və məktəbləri hədəfə almaqdan, minlərlə fələstinlinin sığındığı yerləri bombalamaqdan çəkinməyən Təl-Əviv ordusu əl-Əqsa xəstəxanasına hücum etməyi düşünür.
İsrail Sərhədsiz Həkimlər Təşkilatının (MSF) işlədiyi Əl-Əqsa xəstəxanasının ətrafında evakuasiya bildirişləri paylayıb.
Xəstəxanada çalışan Sərhədsiz Həkimlər evakuasiya bildirişlərindən sonra çətin bir qərar verib. Açıqlamada ötən gün güllənin xəstəxananın reanimasiya şöbəsinin divarına dəydiyi, son günlər pilotsuz təyyarə və snayper hücumlarının da baş verdiyi bildirilib.
MSF-nin Qəzzadakı fövqəladə hallar üzrə koordinatoru Karolina Lopez açıqlamasında
“Bir daha bildirib ki, İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində Qəzzanın mərkəzi zonasında hələ də fəaliyyət göstərən yeganə xəstəxanada çalışan işçiləri və xəstələri qorumaq öhdəliyi var” deyə bəyanatlar daxil edilmişdir.
Bəyanatda həmçinin Qəzzada heç kimin və heç bir yerin təhlükəsiz olmadığına diqqət çəkilərək atəşkəsə çağırılıb.
Mənbə: TGRT
Aynur Camal