Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi – RƏSMİ AÇIQLAMAbackend

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu Bakıda 20 Yanvar dairəsində toplaşıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub: “Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər”.