Suriyanın şimal-şərqində helikopter qəzaya uğrayıb.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 22 ABŞ hərbçisi yaralanıb.
10 zərərçəkən müalicə olunmaq üçün təxliyə edilib.
Hadisənin səbəbləri araşdırılır.