Helikopter qəzaya uğradı: 5 əsgər həlak oldubackend

Qayana ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 əsgərin öldüyü, 2 əsgərin yaralandığı bildirilib. Qayana ordusundan verilən açıqlamada, içərisində 7 nəfərin olduğu bildirilən helikopterin qalıqlarının Venesuela sərhədi yaxınlığında tapıldığı qeyd edilib.

Açıqlamada qalıqların Venesuela sərhədindən təxminən 48 kilometr aralıda meşəlik ərazidə tapıldığı, helikopterdəki 5 əsgərin öldüyü, 2 əsgərin isə yaralandığı bildirilib. Açıqlamada helikopterin rutin fəaliyyəti zamanı qəzaya uğradığı və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı bildirilib.

Qayana rəsmiləri hələlik yaralı əsgərlərin vəziyyəti ilə bağlı ətraflı açıqlama verməyib.

Qayana Prezidenti İrfaan Əli əsgərlərin həlak olmasından kədərləndiklərini bildirib və onların ailələrinə başsağlığı verib.

Yerli KİV-in məlumatına görə, helikopterə hücum əlaməti olmayıb. Baş Qərargah rəisi Ömər Xan dünən verdiyi açıqlamada, göyərtəsində 7 nəfərin olduğu orduya məxsus GDF Bell-412 tipli helikopterin Venesuela sərhədi yaxınlığında itdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal