Günün başmaqları: Hello Kitty üslubunda olan Crocs sosial şəbəkələri fəth edir.
2024-cü ildə populyar pop mədəniyyət personajı Hello Kitty yubileyini qeyd edir.
Onun 50 yaşı tamam olur. Bu hadisənin şərəfinə Crocs brendi antropomorfik pişiyə istinad edən ayaqqabılar seriyasını buraxıb.
Məhdud buraxılış Hello Kitty x Crocs kolleksiyasına bir neçə cüt tərlik daxildir – daban və platforma ilə. Ayaqqabılar yaradılarkən üç əsas rəng istifadə edilmişdir – qırmızı, ağ və mavi.
“Tərlik” ölçülərinə görə fərqlənir. Həm böyüklər, həm də uşaqlar üçün seçimlər var.
Yaponiyada Hello Kitty x Crocs kolleksiyasının satışı yanvarın 17-də başlayacaq. Qiymətlər 7700-9900 yen arasında dəyişir. Məzənnə ilə tərcümə edilərsə, bu, təxminən 86,64 – 115,51 AZN təşkil edir.
Crocs son vaxtlar bizi “eksklüzivlərlə” sevindirir. Şirkətin artıq Minecraft temalı ayaqqabıları var. İstehsalçı həmçinin Shrek və Lightning McQueen şəklində Crocs ilə təəccübləndirdi. Markanın McDonald’s ilə birlikdə yaratdığı başmaqları da var.
Mənbə: mail.ru
Aynur Camal