HƏMAS: Biz Şifa Xəstəxanasının rəhbərliyində tərəf deyilikbackend

HƏMAS sionist rejimin qondarma rəsmiləri və ordu sözçüsü tərəfindən verilən açıqlamalara cavab olaraq Şifa xəstəxanasının idarəçiliyində tərəf olmadıqlarını və qərar vermə mexanizmində iştirak etmədiklərini açıqlayıb.

Sionist rejim ordusunun sözçüsü “Nasist ordusunun sözçüsü” kimi xarakterizə edilən bəyanatda bu ifadələr yer alıb:

“HƏMAS Hərəkatı Şifa Xəstəxanasının idarəçiliyində tərəf deyil. Onun orada qərar qəbuletmə mexanizmində iştirakı yoxdur. Xəstəxana tamamilə texniki və inzibati işlərini yerinə yetirən Fələstin Səhiyyə Nazirliyinin rəhbərliyindən asılıdır.

Şifa Xəstəxanası açıqlayıb ki, işğal qüvvələrinin xəstəxanaya cəmi 300 litr yanacaq vermək təklifi mühasirədə olanların, tibb qruplarının, körpələrin, uşaqların və xəstəxanaya işıqsız, yeməksiz və ya qidasız sığınan xəstələrin ağrı və işgəncəsini qiymətləndirməmək deməkdir.

Sözügedən yanacaq miqdarı generatorları yarım saatdan çox işlətməyə kifayət etmir. Bu miqdarda yanacağı verməklə onlar öz çirkin əməllərini – yanacaq, su və dərmanların ölkəyə girişini əngəlləmək, xəstəxanalara hücum etmək, tibb işçilərini öldürmək, xəstələrin həyatını təhlükəyə atmaq kimi öz qeyri-insani cinayətlərini gizlətməyə çalışırlar.

Bəyanatda Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə təcili olaraq xəstəxanalar üçün Qəzza zolağına yanacaq tədarükü və beynəlxalq hüququn kobud şəkildə pozulmasının dayandırılması tələbi təkrarlanıb.

Mənbə: İLKHA

Aynur Camal