Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist işğal rejimi ilə əldə olunan 4 günlük atəşkəs çərçivəsində əsir mübadiləsinin aparılacağını açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, bu şərtlər daxilində müvəqqəti humanitar atəşkəs də deyilir:
- İşğal ordusu Qəzza zolağının bütün ərazilərində hərbi əməliyyatları, o cümlədən hərbi maşınların hərəkətini dayandıracaq.
- Tibbi və yanacaq ləvazimatları da daxil olmaqla, yüzlərlə humanitar yardım maşınının istisnasız olaraq Qəzza zolağının şimal və cənub bölgələrinə daxil olmasına icazə veriləcək.
- Qəzzanın cənubunda pilotsuz uçuş aparatları dörd gün ərzində uçmayacaq. Şimalda dronlar yerli vaxtla 10:00-16:00 arasında gündə altı saat dayanacaq.
- Atəşkəs dövründə işğalçı qüvvələr Qəzza zolağının heç bir hissəsində heç kimə hücum etməyəcək və ya əsir götürməyəcək.
- Səlahəddin küçəsində hərəkət azadlığı təmin ediləcək.
- İşğalçı əsirlərdən 50 nəfər qadın və 19 yaşına çatmamış uşağın azad edilməsi müqabilində xalqımızın 19 yaşına çatmamış 150 nəfər qadın və uşağı stajına görə işğal həbsxanalarından azad ediləcək.
Mənbə: İLKHA
Aynur Camal