HƏMAS bir neçə gün əvvəl İsrailə səfər edən ABŞ milyarderi Space X, Tesla və X sosial media platformasının sahibi İlon Maskı dağıntıları yerində görmək üçün Qəzzaya dəvət edib.
HƏMAS-ın yüksək səviyyəli liderlərindən biri olan Usamə Həmdan Beyrutda keçirdiyi mətbuat konfransında bildirib ki, Təl-Əviv rəhbərliyi qarşıya qoyulan məqsədlərə nail ola bilmir. İsrailə səfər edən və baş nazir Benyamin Netanyahu ilə görüşən ABŞ milyarderi İlon Maskı Qəzzaya dəvət edən Həmdan, “İsrailin bombardmanının törətdiyi dağıntının böyüklüyünü görmək üçün Musku Qəzzaya dəvət edirik” deyib.
İlon Mask bu yaxınlarda İsrailin paytaxtı Təl-Əvivə səfər edib. Səfər zamanı Maskın Qəzza zolağına internet verməmək üçün İsraillə prinsipial razılığa gəldiyi açıqlanıb. Razılaşmaya əsasən, Musk-a məxsus peyk internet sistemi Starlinkin İsrailin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti təmin etməyəcəyi bildirilib.
İsrailin rabitə naziri Şlomo Karhi, “Elon Musk, Rabitə Nazirliyimizlə mühüm ilkin razılaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm. Nəticədə, Rabitə Nazirliyinin icazəsi olmadan Starlink peyk internet sistemi İsraildə işlədilə bilməz. Bura Qəzza zolağı daxildir”- deyə O, bu ifadələri işlədib.
Nazir Karhi yazısında “Həmas ilə müharibə apararkən bu anlayışın həyati əhəmiyyət kəsb etdiyinə” diqqət çəkib.
Musk İsrail səfərindən sonra X platformasında “Qətllərin baş verdiyi yeri görmək məni şok etdi” paylaşaraq Təl-Əviv rəhbərliyinin HƏMAS-ı məhv etməkdən başqa çarəsinin olmadığını bildirib.
Mənbə: Ntv.Tr
Aynur Camal