Oktyabrın 7-də İsrailə hücum zamanı radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən qaçırılan qadın əsirlikdə uşaq dünyaya gətirib.
İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara bu barədə ABŞ prezidenti Cil Baydenin həyat yoldaşına məktubunda bildirib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə The Times of Israel yazıb.
Məktubda deyilir:
“Mənim kimi, siz də təsəvvür edə bilərsiniz ki, bu gənc ana yeni doğulmuş körpəsi ilə bu qatillər tərəfindən tutularkən onun ağlından nə keçməlidir. Sara Netanyahu həmçinin qeyd edib ki, Qəzza zolağında əsirlikdə yaşı beş həftədən yuxarı 32 uşaq var. O, Amerika liderini bu uşaqların adından danışmağa və onların dərhal azadlığa buraxılmasına çağırıb.
Noyabrın 3-də İsrail prezidenti İsaak Hersoq bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki əhalinin əziyyət çəkməsinə baxmayaraq, Fələstinin Həmas hərəkatı ilə mübarizəni davam etdirəcək və HƏMAS məhv edilənə qədər döyüşlər dayanmayacaq.
Mənbə: Lenta.Ru
Aynur Camal