Həmas tərəfindən qaçırılan Almaniya vətəndaşı Şani Lukun anası onun ölüm xəbərini verib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb.
“Təəssüf ki, dünən biz xəbər aldıq ki, qızım artıq həyatda deyil” anası Rikarda Luk deyib. Lakin 22 yaşlı alman qadının ölümünün rəsmi təsdiqi yoxdur.
Şani Look İsrailin cənubunda, Qəzza zolağı ilə sərhəddə yerləşən musiqi festivalına HƏMAS-ın hücumu zamanı qaçırılıb. Daha əvvəl anası qızın ağır kəllə-beyin travması aldığını və anklavda xəstəxanada olduğunu bildirmişdi.
Mənbə: Lenta.Ru
Aynur Camal