HƏMAS-ın qisası acı oldubackend

Son dəqiqə! HƏMAS-ın qisası acı oldu: Netanyahunun qardaşı oğlu öldürüldü!

“Yeni Gundem” xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin Əl Qəssam Briqadalarının Netanyahunun qardaşı oğlu Yair Netanyahunu öldürdüyü iddiası gündəmə bomba kimi düşüb.

Qeyd edək ki, İsrail-Həmas müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 10 minə yaxınlaşıb. İsrail ordusu son günlər Qəzza zolağına qarşı hava hücumlarını intensivləşdirib. Ötən gecə Qəzzaya ölüm yağdı. Dinc sakinləri hədəf alan İsrailə qarşı çox sərt xəbərdarlıqlar edən Həmas Netanyahuya da dəfələrlə xəbərdarlıq edib.

Qəzzadan gələn son məlumata görə, İsrail ordusunda kapitan rütbəsində xidmət edən İsrailin baş naziri Binyamin Netanyahunun qardaşı oğlu Yair Netanyahunun İzzəddin Əl Qəssam Briqadaları tərəfindən öldürüldüyü iddia edilib.

Rusiya mərkəzli Sputnik başlıq xəbərində, “İsrailin baş naziri Netanyahunun qardaşı oğlu kapitan Yair Edu Netanyahu Qəssə qarşı aktiv qarşıdurma zamanı Qəzzada öldürüldü” deyib. Yair Edu Netanyahunun Qəzzada “təhlükəli snayper” adlandırılan dərin nüfuz snayper bölməsinin lideri olduğu bildirilir.

 İSRAİL-HƏMAS MÜHARİBƏSİNDƏ SON VƏZİYYƏT

İsrail ordusu son 24 saat ərzində Qəzzada 450 yeri vurduğunu açıqlayıb. Fələstin telekom şirkəti intensiv hücumlardan əvvəl kəsilən telefon və internet xidmətlərinin tədricən bərpa olunduğunu açıqlayıb. Qəzzada ölənlərin sayı 10 minə yaxınlaşıb. İsrail ordusu Qəzzada varlığını günü-gündən artırır.

Mənbə: TGRT

Aynur Camal