Həmas İsraili öz silahı ilə vurdu!backend

New York Times-dan dünya gündəmini zəbt edən bir xəbər gəlib. Qəzzaya tonlarla bomba atan İsrailin öz silahı ilə necə vurulduğunu yazan NYT, HƏMAS-ın illərdir izlədiyi taktika haqqında yazıb.

Dünyanın gözü 115 gündür Qəzzadan gələn xəbərlərdədir.

Atəşkəs üçün təzyiqlər artmaqda davam etsə də, İsrailin hücumları mülki insanları hədəf almaqda davam edir.

NYT-nin ‘Həmas silahlarını haradan alır’? başlıqlı xəbərdə “İsrail qüvvələrinin Qəzzanı blokadaya almaq üçün istifadə etdiyi silahların indi onlara qarşı istifadə edildiyi” və HƏMAS-ın İsrail silahlarından istifadə etdiyi bildirilib.

İllərdir ki, analitiklər İsrailin Qəzza zolağının hərbi blokadasına baxmayaraq, HƏMAS-ın necə bu qədər silahlanmış qaldığını izah etmək üçün yeraltı qaçaqmalçılıq yollarına işarə edirdi.

Həmçinin NYT xəbərlərində, “Həmas həmçinin döyüşçülərini İsrail hərbi bazalarından oğurlanmış silahlarla silahlandırır” deyə və aşağıdakı ifadələrə yer verilib.

“Aylarca davam edən qarşıdurma zamanı toplanmış kəşfiyyat məlumatları göstərdi ki, İsrail rəsmiləri oktyabrın 7-dən əvvəl Həmas-ın niyyətlərini səhv qiymətləndiriblər, həm də onun silah əldə etmək imkanlarını lazımi səviyyədə qiymətləndirməyiblər. İndi aydın olan odur ki, İsrail qüvvələrinin son 17 ildə Qəzzanı blokadada saxlamaq üçün istifadə etdiyi silahlar indi onlara qarşı istifadə olunur”.

İsrail Milli Polisinin Bomba Zərərsizliyi Bölməsinin keçmiş rəis müavini və İsrail polisinin müşaviri Maykl Kardaş NYT-yə deyib ki, “Partlamamış hərbi sursatlar HƏMAS üçün əsas partlayıcı maddə mənbəyi olub”.

Kardaşın sözlərinə görə, HƏMAS bölgəyə atılan və öz raketləri ilə partlamayan bombalardan istifadə edərək İsraili hədəfə alır.

Silah mütəxəssisləri deyirlər ki, sursatların təxminən 10 faizi adətən partlamır, lakin İsraildə bu nisbət daha yüksək ola bilər. Çünki İsrailin arsenalında ABŞ və digər hərbi qüvvələr tərəfindən uzun müddət istehsal olunmayan Vyetnam dövrünə aid raketlər var.

NYT-nin məlumatına görə, illərdir ara-sıra törədilən bombardmanlar və Qəzzanın son atəşə tutulması ərazini yenidən istifadə olunmağı gözləyən minlərlə ton partlamamış hərbi sursatla dolub.

Hərbi ekspertlərin fikrincə, partlamayan 750 kiloluq bomba yüzlərlə raket və ya digər silaha çevrilə bilər.

Mənbə: hurriyyət.tr

Aynur Camal