Həmas tunellərdə gözləyir! İsrailin quru əməliyyatı necə olacaq?backend

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının ötən şənbə günü başlatdığı Əl-Əqsa daşqını əməliyyatına Dəmir Qılınclar əməliyyatı ilə cavab verən İsrail, günlərdir ki, Qəzza zolağına intensiv hava hücumları ilə zərbələr endirir.

İsrailin Baş naziri Binyamin Netanyahunun HƏMAS-ın hücumlarına cavab olaraq, sözügedən bombardmanların “başlanğıcdır” və hücuma verdikləri cavabın “Yaxın Şərqi dəyişdirəcəyi” ilə bağlı açıqlamalarına əlavə olaraq, İsrail ordusunun 360 min ehtiyat əsgər çağırışı və Qəzza bölgəsində sursat və tankların yığılması mümkün quru əməliyyatını gündəmə gətirib.

HƏMAS-a yaxın mənbələr Netanyahu hökumətinin mümkün planlarına Qəzzanın işğalı və ilhaqı və ya HƏMAS-ın bölgədən tamamilə çıxarılması kimi variantları ehtiva etdiyini desələr də, hərbi ekspertlər İsrailin bu məqsədlə hərtərəfli quru əməliyyatı keçirəcəyi gözləniləndən daha çətin olacağı qənaətindədirlər.

Bu çətinliyin əsas səbəbləri 2014-cü ildən Qəzza küçələrində qoşunların son toqquşması zamanı HƏMAS-ın istifadə etdiyi tunel şəbəkəsinin daha da güclənməsi, genişlənməsi və texnologiya ilə təchiz edilməsi, həmçinin İsrail əsgərlərinin əlverişsiz vəziyyətdə olmasıdır.

Həmçinin qeyd edilir ki, 2014-cü ildən fərqli olaraq, HƏMAS-ın əlində olan girovlar prosesi xeyli mürəkkəbləşdirib. Günlərdir Qəzza zolağına raket zərbələri endirən İsrailin bölgəyə qarşı mümkün quru əməliyyatı keçirməsi halında, HƏMAS-ın Qəzza boyu yeraltı tunellər şəbəkəsi İsrail ordusu üçün problem yarada bilər. İsrailin tunelləri dağıtmaq üçün mülki ərazilərdə istifadəsi qadağan edilən ‘bunker deşici’ bombalardan istifadə etdiyi iddia edilir.

HƏMAS-ın Qəzza zolağının altında böyük bir tunel şəbəkəsi qurduğu və ondan komanda mərkəzi və sursat anbarı kimi istifadə etdiyi də bildirilib.

Britaniyanın The Guardian və The Telegraph qəzetlərinin mümkün quru əməliyyatı ilə bağlı təhlillərində Həmas-ın yeraltı tunelləri mühüm yer tutur.

HƏMAS-ın illərdir inkişaf etdirdiyi və kommunikasiya sistemləri ilə təchiz etdiyi döyüş tunelləri qruplaşmanın silah-sursatını saxladığı və əməliyyatlarına rəhbərlik etdiyi qərargaha çevrilib. Bu tunellərin İsrail əsgərlərini tələyə salaraq və bombalı hücumlar həyata keçirərək şəhər müharibəsində Həmas-a böyük üstünlük verəcəyi düşünülür.

Bundan əlavə, Ukrayna müharibəsində də tez-tez görülən HƏMAS-ın mülki pilotsuz təyyarələri izləmək və hücum etmək bacarığı, İsrail əsgərlərini aşkar etməkdə qrupun əlverişsizliyini azalda biləcək bir element olaraq görülür.

Mənbə: hurriyyət.tr

Aynur Camal