İsrailin baş naziri Benyamin Netanyahu müharibəni sona qədər davam etdirəcəklərini və HƏMAS-ın təslim olmaq və ya ölümdən başqa variantının olmadığını bildirib.
İsrailin Qəzza zolağına hücumları davam edir. İsrailin baş naziri Benyamin Netanyahu mühüm açıqlamalar verərək, İsrailin Qəzza zolağına hücumlarının tezliklə bitməyəcəyini bildirib.
İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bəri davam edərkən, İsrailin baş naziri Binyamin Netanyahu bir daha Qəzza zolağına hücumların tezliklə bitməyəcəyini bəyan edib. Netanyahu deyib: “Biz müharibəni sona qədər davam etdirəcəyik. Bu, HƏMAS aradan qaldırılana və qələbə çalana qədər davam edəcək. Dayanacağımızı düşünənlərin reallıqla heç bir əlaqəsi yoxdur. “Biz qarşıya qoyduğumuz bütün məqsədlərə çatana qədər mübarizəmizi dayandırmayacağıq.“
Netanyahu HƏMAS-ın yalnız iki variantının olduğunu müdafiə edib: “Ya təslim ol, ya da öl”.
Digər tərəfdən İsrail Rəfah şəhərindəki yaşayış məntəqələrinə hava hücumu həyata keçirib. İsrail ordusu Qəzza zolağının Rəfah şəhərində Küveyt xəstəxanası yaxınlığındakı yaşayış məntəqələrinə hava hücumu həyata keçirib. Hücum zamanı çoxlu sayda insanın öldüyü və yaralandığı açıqlanıb. Əl-Cəzirə müxbiri Hani Mahmud hücum zamanı canlı olaraq yaxalanıb. İsrailin Qəzza zolağına hücumları 75 gündür ki, davam edir. İsrail ordusu Rəfahdakı Küveyt xəstəxanası yaxınlığındakı yaşayış məntəqələrinə hava zərbəsi endirib. Yerli mənbələr hücumda yaşayış məntəqələri ilə yanaşı məscidin də hədəf alındığını və çoxlu partlayışların olduğunu bildirib. Hücum zamanı çoxlu sayda insanın öldüyü və yaralandığı açıqlanıb. Qətərdə fəaliyyət göstərən “Əl-Cəzirə” xəbər kanalının müxbiri Hani Mahmud canlı yayımda hücum zamanı yaxalanıb. Mahmud partlayışdan sonra sürətlə təhlükəsiz yerə qaçıb.
Rəfah İsrailin hücumları nəticəsində məcburi köçkün düşən minlərlə fələstinlinin sığındığı bölgə kimi tanınır. Bundan əlavə, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Beytlehem şəhərində bir fələstinli uşağı öldürüb. Mövzu ilə bağlı Fələstin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada İsrail əsgərlərinin Beytlehemin Husan rayonunda 16 yaşlı Mahmud Muhammed Zaulu real güllə ilə vuraraq öldürdüyü bildirilib. İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə həlak olan fələstinlilərin sayı 304-ə yüksəlib.
Mənbə: TGRT
Aynur Camal