Hər gün kefir içsəniz nə olar?backend

“Kefirin müntəzəm istifadəsi bağırsaqların işləməsinə kömək edir və ona faydalı təsir göstərir”- bu barədə rusiyalı həkim diyetoloq, endokrinoloq Natalya Lazurenko deylib.

“Yeni Gundem” “Moskva 24”- ə istinadən bildirir ki, mütəxəssis kefirin tərkibində çoxlu sayda faydalı makroelementlər olduğunu deyib.

“Bunlara zülallar, yağlar və karbohidratlar daxildir. Bədənin və xüsusilə bağırsaqların işini dəstəkləyirlər. Karbohidratlar enerji mənbəyidir. Zülallar bütün bədən üçün tikinti materialıdır. Yağlar da yaxşı enerji mənbəyidir”, – Lazurenko izah edib.

Bundan əlavə, kefirin tərkibində kiçik və yoğun bağırsaqların fəaliyyətini dəstəkləyən faydalı mikroorqanizmlər var.

Həkimin sözlərinə görə, orqanizmdə mikrofloranın müxtəlifliyi yaxşı metabolizm və uzunömürlülüyün açarıdır.

Natalya Lazurenko fermentləşdirilmiş süd içkisindən maksimum fayda əldə etmək üçün gündə 200 mililitr kefir içməyi məsləhət görüb.

Mənbə: mail.ru

Aynur Camal