Dəhşətli vəhşilik! İsrail hərbçiləri öldürdükləri fələstinlilərin üzərinə sürüblər.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində vurduqları fələstinlinin üzərinə sürməsi böyük reaksiya ilə qarşılanıb. Fələstin rəhbərliyindən verilən açıqlamada olaya böyük reaksiya verilib: “Dəhşətli vəhşiliyi ən sərt şəkildə qınayırıq”.
Fələstin İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin Tulkarim şəhərində bir fələstinlinin cəsədinin üzərinə sürmələrinə reaksiya verib.
Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, “İşğal altındakı İordan çayının qərb sahilində işğalçı qüvvələrin həyata keçirdiyi məhkəməsiz qətlləri və bir İsrail hərbi maşınının cəsədinin üzərindən keçərək sənədləşdirilmiş dəhşətli vəhşiliyi kəskin şəkildə qınayırıq”.
Bəyanatda, “faşist, müstəmləkəçi və irqçi bir zehniyyətin və görünməmiş bir mənəvi çöküşün” ifadəsi olaraq xarakterizə edilən sözügedən cinayətin israillilərin “kin, nifrət və ekstremizm mədəniyyətinin ifadəsi olduğu diqqətə çatdırılıb. Fələstinlilərin öz vətənlərində mövcudluğunu inkar edir”.
“Bu iyrənc cinayət bütün fələstinliləri öldürülməkdə şübhəli hesab edən ifrat sağçı israillilərin irqçi təhrikinin nəticəsidir”. Açıqlamada, dünən törədilən bu vəhşi cinayətin “İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların Fələstin xalqına qarşı törətdiyi cinayətlər silsiləsində halqa olduğu və sonuncusu olmadığı” vurğulanıb.
Nazirlik bəyanatla yanaşı, İsrail əsgərlərinin maşınları ilə öldürdükləri fələstinlinin cəsədinin üzərindən keçdiyini əks etdirən video da yayımlayıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində Yusuf Əli əl-Huli (22), Ahid Selman Musa (23) və Tarık Emced Şahinin (24) şəhid olduğu bildirilib.
İsrail qüvvələrinin öldürülən fələstinlilərdən birinin üzərindən hərbi maşınla keçdiyini əks etdirən görüntülər ortaya çıxıb.
Mənbə: TGRT
Aynur Camal