Hərbçilərimiz Türkiyədəki minatəmizləmə təlimlərindən qayıdıblar – Fotolarbackend

Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalından azad edilən bölgələrdə mina və əldəqayırma partlayıcıları təmizləməyə davam edir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan ordusuna dəstək məqsədilə bölgəyə göndərilən Quru Qoşunları Komandanlığı təmsilçiləri bir tərəfdən minatəmizləmədə iştirak edir, digər tərəfdən də Azərbaycan hərbçilərinə bununla bağlı təlim keçirlər.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin 23 hərbçisi Türkiyəyə gedərək, Xüsusi Mina Axtarış-Təmizləmə kursuna qatılıb.

3-29 yanvar tarixləri arasında İstehkam Məktəbi və Tədris Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə başa vuran hərbçilərimiz İzmirdən Azərbaycana yola salınıb.

image-1612291864_3 image-1612291786_4 image-1612291838_5 image-1612291806_6 image-1612291870_2