NBC News xəbər verib ki, 3 Amerika rəsmisi bu yaxınlarda ABŞ-nin Qırmızı_dəniz və Ədən körfəzində husilərin xeyrinə yük gəmilərinə qarşı casusluq edən İran hökumətinin hərbi gəmisinə kiberhücum edildiyini açıqlayıb.
Məlumata görə, ABŞ-nin ötən həftələrdə “Behşad” adlı İran gəmisinə hücumu İranın proksi qüvvələrinin İordaniyada amerikalı əsgərləri öldürməsinə Vaşinqtonun cavab olub.
Qeyd olunub ki, ABŞ-nin bu kiberhücumu “Behşad” gəmisinin Qırmızı dənizdə yük gəmilərinə hücum edən Yəmən husiləri ilə yük gəmisinin məlumatlarını paylaşa bilməsinin qarşısını almaq məqsədi daşıyıb.
Mənbə: Azad İran
Aynur Camal