Hərbi Dəniz Qüvvələrinin komandanı qadın oldubackend

ABŞ Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən ilk qadın: Lisa Franchetti Dəniz Qüvvələrinin komandanı oldu.

“Yeni Gundem” xəbər verir ki, Admiral Françetti Senatın əksəriyyətinin təsdiqini alıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən ilk qadın kimi qeydə alınan Admiral Lisa Franchetti ABŞ tarixinə düşdü.

Məlumata görə səsvermədə 95 senator 1 senatorun “yox” səsinə qarşı “hə” səsini verib və Françetti ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

Cənubi Koreyada ABŞ-ın 6-cı Donanması və ABŞ Hərbi Dəniz Qüvvələrinin rəisi vəzifələrində çalışmış Françetti 38 ildir ki, Hərbi Dəniz Qüvvələrindədir.

Mənbə: EnSonHaber

Aynur Camal