İraqın Kərkük şəhərində İraq ordusuna məxsus helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində pilot polkovnik ölüb.
İraqın Kərkük şəhərində İraq ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində bir pilot polkovnik həyatını itirdiyi bildirilib. İraq Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın Kərkük şəhərində dünən keçirilən yerli seçkilərin təhlükəsizliyini təmin etmək üçün təyin edilmiş hərbi helikopterin Tuzhurmatu rayonu yaxınlığında qəzaya uğradığı bildirilib.
Açıqlamada helikopterin havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən qəzaya uğradığı, qəzada pilot polkovnik Mervan Cəlalın həyatını itirdiyi, mayor Ala Selmanın isə ağır yaralandığı bildirilib.
Digər tərəfdən, İraqda 10 il sonra keçirilən yerli seçkilərdə iştirakın yüzdə 41 olduğu ortaya çıxıb. 6 milyon 599 min 668 seçicinin səsverməyə getdiyi bildirilib.
Əyalət məclisi seçkilərinin 4 ildən bir keçirilməsi nəzərdə tutulur, lakin 2013-cü ildən sonra terror təşkilatı DEAŞ-ın hücumları, təhlükəsizlik problemləri və siyasi qeyri-sabitlik seçkilərin keçirilməsinə imkan vermədi.
Mənbə: TGRT
Aynur Camal