Hərbi helikopter qəzaya uğradıbackend

Kolumbiyanın Choco inzibati bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.

Kolumbiya mətbuatının məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus helikopter Choco’nun Unguia bölgəsinin kənd ərazisinə düşüb.

Qəzada 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb. Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Ordunun verdiyi açıqlamada ölən əsgərlərin ailələrinə başsağlığı verib və qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal