Hərbi konvoya intihar hücumu!backend

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində intiharçı hücumu baş verib. Konvoya hücumda 9 əsgər şəhid olub, 20 əsgər yaralanıb.

Ölkədə və bəzi qonşu sərhədlərdə yaşanan qarşıdurmalara görə hücum xəbərlərinin əskik olmadığı ölkədə son hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

2022-ci ildən təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını intensivləşdirdikləri Pakistanda Taliban 9 nəfərin ölümü ilə nəticələnən hücumda şübhəli bilinir.

Həmçinin iyulun 30-da da Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin tərəfdaşlarından olan İslam Üləma Cəmiyyətinin (JUI-F) konqresinə edilən hücumda 63 nəfər həyatını itirmişdi.

Mənbə: TGRT

Aynur Camal