Hərbi paradda maraqlı anlarbackend

Hindistanda cümhuriyyətin 75 illiyi münasibətilə tədbir keçirilib. Mərasimdə Fransa prezidenti Makron da iştirak edib.

Tədbirə ev sahibliyi edən paytaxt paradı Yeni Dehlidə Kartavya bulvarında  keçirib.

Hərbi hissələrdən nümayiş Mərasimə qatılan quru, hava və dəniz qüvvələrinin müxtəlif bacarıqlarını nümayiş etdirməsi maraqlı görüntülər yaradıb.

Mərasimdən əvvəl Makron X sosial media hesabında Hindistanın baş naziri Narendra Modi ilə “selfie” paylaşıb.

Emmanuel Makron öz yazısında aşağıdakı ifadələrdən istifadə edib: “Əziz dostum Narendra Modi, Hindistan xalqı, Respublika Günü münasibətilə sizə ən xoş arzularımı çatdırıram. Sizinlə olmaqdan xoşbəxtəm və qürur duyuram”.

Hindistanın Baş naziri Modi X sosial media hesabındakı paylaşımında Makronun Respublika Günü qeyd etmələrində iştirakını “böyük qürur mənbəyi” kimi qiymətləndirib.

 Onlar Hindistandan 30 min tələbə qəbul edəcəklər.

Digər tərəfdən Makron X sosial media hesabında Hindistandan 30 min tələbəni Fransaya təhsil almağa dəvət etdiyini açıqlayıb və bu ifadələrdən istifadə edib:

2030-cu ilə qədər Fransada 30 min hindli tələbə. Bu, çox iddialı bir məqsəddir, lakin mən buna nail olmaqda qərarlıyam.

Mənbə: EnSonHaber

Aynur Camal