Hərbi Qənimətlər Parkına getmək istəyənlərin nəzərinəbackend

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

“Yeni Gündəm”-in məlumatına görə, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

Vətəndaşların  parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.