Yunanıstanın Kalamata şəhərində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.
Yunanıstan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada saat 11.28-də təlim uçuşu həyata keçirən T-2E Buckeye təyyarəsinin Kalamata hava limanına dönərkən qəzaya uğradığı bildirilib. Qəza nəticəsində Hərbi Hava Qüvvələrində mayor rütbəsində xidmət edən 41 yaşlı pilotun həlak olduğu bildirilib.
Mətbuatda gedən xəbərlərdə pilotun paraşütünü açmağa vaxtının olmadığı ehtimal edilirdi. Bəzi xəbər saytları qəzadan əvvəl təyyarədə partlayışın baş verdiyini iddia edib.
Kathimerini qəzetinə danışan Aris bölgəsinin yerli idarəçisi Qriqoris Kostopoulos, təyyarənin düşdüyü zaman hadisə yerinə yaxın olduğunu izah edərək, “Səs eşidildi, göbələk şəklində tüstü yarandı və yanğın başladı. Mən həmin an hadisə yerinə yaxın olub və dərhal yanğınsöndürənlərə məlumat verib”. Kostopoulos hadisə yerinə polis, xilasetmə və ordu qruplarının da gəldiyi barədə məlumat paylaşıb.
Mənbə: TGRT
Aynur Camal