Cənubi Sudan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.
Yerli mətbuatın məlumatına görə, Cənubi Sudan ordusuna aid hərbi təyyarə ölkənin şimalındakı Yida bölgəsində hələ naməlum səbəbdən qəzaya uğrayıb.
Hərbçilər də daxil olmaqla 7 nəfərlik ekipajdan 5-i yaralı olaraq xilas edilsə də, qəzada itki olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Mənbə: TrtHaber
Aynur Camal