Serbiya Baş Qərargahı Serbiya prezidenti Aleksandr Vuçiçə ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərini əsas gətirərək 13 ildən sonra məcburi hərbi xidmətə qayıtmaq təklifi ilə çıxış edib.
Bəyanatda, “Baş Qərargahın təklifi, ümumi təhlükəsizlik vəziyyətinin və Serbiya Respublikasının hərbi cəhətdən neytral bir ölkə olaraq üzləşdiyi mövcud çətinliklərin ətraflı araşdırılmasından sonra ortaya çıxlb. Buna görə də, müdafiə üçün daha çox vətəndaş yetişdirilməsi lazımdır” deyə ifadə edilib.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bəyan edib ki, təklif məcburi hərbi xidmətin dörd aydan çox olmamasını nəzərdə tutur və Serbiyanın məcburi hərbi xidmətin ləğvindən 13 il sonra yenidən bu təcrübəyə ehtiyacı yaranıb. Vuçeviç, “Təhlükəsizlik ehtiyaclarımız dövlətimizi müdafiə etməyə hər zaman hazır olacaq yeni əsgərlər tələb edir. Biz təhlükəsizlik risklərini başa düşürük. Bu, Serbiyaya xas olan situasiya deyil. Avropanın bir çox ölkəsi məcburi hərbi xidmətin bərpasını həyata keçirir”.
Serbiya prezidenti Vuçiç də son illərdə verdiyi açıqlamalarda məcburi hərbi xidmətə qayıtmağı nəzərdən keçirdiklərini açıqlamışdı.
2010-cu ildə Serbiya parlamenti tamamilə peşəkar hərbçilərdən ibarət orduya keçid və məcburi hərbi xidmətin dayandırılması barədə qərar qəbul edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal