“Hərbiçilərimiz bir millimetr torpağımızı da düşmənə verməyib” – İLYAS HÜSEYNOVbackend

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr torpağımızı da düşmənə verməmişdir!

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq İlyas Hüseynov bildirib.

O vurğulayıb ki, hazırkı durumda Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilirdi.

“Bu, heç də təsadüfi deyil. Böyük ehtimalla söyləmək olar ki, baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin korpus komandirinin burada olması da təsadüfi deyil. Qeyd edək ki, Ermənistan mediasının məlumatına görə, yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri polkovnik Armen Gözəlyan da var”.

İ.Hüseynov açıqlayıb ki, baş verən insidentə səbəb yenə də bir qrup erməni hərbçinin bizim mövqelərimizə yaxınlaşması və mühəndis-istehkam işlərinə start verməsi oldu.

“Ötən dövrdə Ermənistan öz strategiyasına uyğun hərəkət edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya “eskalasiya hazırlayır”. Halbuki Ermənistan tərəfi şərti sərhəddə atəşkəs rejimini dəfələrlə pozur və Avropa İttifaqının mülki missiyasının “xidmətlərindən” istifadə etmək niyyəti güdürdü. Zaman keçdikcə sərhəd bölgəsində əməliyyatlara hazırlıq məqsədilə təlimlər keçirildi və texnikanın cəlb olunması haqqında məlumatlar aldıq. Ermənistan yenə də usanmadan “KTMT kartından” istifadə etməyə çalışır. Cənab Prezident İlham Əliyevin KTMT üzvü olan Tacikistan və Qazaxıstana səfərləri mövqelərimizin güclənməsinə yönəlmişdi. Xüsusilə vurğulamaq lazımdır ki, hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr torpağımızı da düşmənə verməmişdir! Bu gün baş verən insidentə səbəb yenə də bir qrup erməni hərbçinin bizim mövqelərimizə yaxınlaşması və mühəndis-istehkam işlərinə start verməsi oldu. Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutdu. Bundan sonra gərgin döyüş başladı. İndi siyasi sahədə Ermənistanın yenə də öz “rolunu” oynamasını, informasiya manipulyasiyasını, Azərbaycanı günahlandırmasını və çoxsaylı şikayətləri izləyəcəyik”,- deyə o qeyd edib.

Fərahim Rəhimov